reklam
Regionxeberlericom.az » Dünya » Pandemiya və müharibənin acı nəticələri... - Un və yağ qıtlığı yaranıb

reklam

Pandemiya və müharibənin acı nəticələri... - Un və yağ qıtlığı yaranıb


Pandemiya, indi də Rusiya ilə Ukrayna arasında gedən müharibə istehlak səbətində bir çox ilkin məhsulların çatışmazlığına səbəb oldu ki, günəbaxan yağı da onlardan biridir. Yaranan ərzaq vəziyyəti müharibənin dünya ticarətinə, xüsusən də kənd təsərrüfatı məhsullarına nə qədər tez təsir etdiyini və istehlakçılar üçün xərclərin artması ilə təhdid etdiyini göstərir. Ukraynanın əsas ixracat məhsullarından biri olan buğdanın təxmini qiymətləri son bir həftə ərzində görünməmiş 40% artıb, soya və palma yağı kimi bitki yağları rekord səviyyəyə çatıb.

Analitiklər qlobal ərzaq bazarının bugünkü hadisələrə hazır olmadığını vurğulayırlar. Bir çox idxalçı ölkələr son aylarda yüksək qiymətlər və ixrac təkliflərinin azalması səbəbindən satınalmalarda gecikmələr yarandığı üçün, bitki yağı ehtiyatlarında azalma müşahidə ediblər. Qara dənizdəki Ukrayna limanlarının bağlı olduğunu nəzərə alaraq, bir çox ölkələr günəbaxan yağı üçün əvəzləyici ölkə axtarmağa məcburdur. Bundan əlavə, Rusiya qoşunlarının Ukraynaya yeridilməsi Ukraynanı bir neçə emal zavodunu bağlamağa məcbur etdi.

Ona görə də bu gün günəbaxan yağının Ukrayna ixrac qiymətləri deyilən bir anlayış yoxdur. Ümumilikdə ekspertlər qeyd edirlər ki, Ukraynada taxıl və yağlı bitkilərin ixrac sektoru iflic vəziyyətinə düşüb. Bir sıra Aİ ölkələrində və Türkiyədə günəbaxan yağı ətrafında artıq bum yaşanır. Türkiyədə bu yağ demək olar ki, piştaxtalardan yoxa çıxıb, hətta mağazalarda yağ almaq istəyənlər arasında dava da düşür – hadisə şahidləri sosial şəbəkələrdə videolar yayımlayırlar.

Türkiyə günəbaxan yağının əsas hissəsini Rusiya və Ukraynadan idxal edir. Hazırda Azov dənizində hərbi əməliyyatlar səbəbindən keçməsinə icazə verilməyən yükləri olan təxminən 16 türk gmisi var. Qeyd edək ki, Türkiyəyə idxal olunan bitki yağının 55 faizi Rusiyadan, 15 faizi isə Ukraynadan gətirilir.

Oxşar vəziyyət bütün dünyada müşahidə olunur. Günəbaxan yağını soya, palma və qarğıdalı yağı ilə əvəz etmək də problemlidir - onların dünya bazarında tədarükü məhduddur. Palma yağının əsas istehsalçılarından biri olan İndoneziya ixracı azaltmaqda davam edir - bu il İndoneziyadan palma yağının tədarükü 11,5% azalacaq. Azaldılmış tədarük qiymətlərə də təzyiq edir, bu il qlobal palma yağı qiymətləri 50%-dən çox artıb.

Kəsir və qiymət artımı ölkəmizdən də yan keçməyəcək. Azərbaycan idxal olunan günəbaxan, qarğıdalı yağı və xammaldan asılıdır. Məsələn, ötən il ölkəyə 53 min 362 ton günəbaxan yağı idxal edilib ki, bunun da 98%-i Rusiyanın payına düşür, qalanı isə Türkiyədən idxal edilib. Eyni zamanda, əsas ixracatçı Rusiya öz ərzaq təhlükəsizliyini qorumaq üçün, Qərbin sanksiyaları fonunda ixracı məhdudlaşdırıb. Və bunun səbəbləri var. Fevraldan mart ayına qədər Rusiyada günəbaxan yağı 0,71% bahalaşıb. Nəticədə, mart ayından etibarən Rusiya Federasiyasında yağın ixrac rüsumu bir ton üçün 260,1 dollara (fevralda - 251,4 dollar idi) qaldırılıb.

Daxili bazarı qorumaq üçün daha bir tədbir bu ilin avqustun 31-dək Rusiya Federasiyasından taxıl və şəkərin ixracına qadağa qoyulması ilə bağlı qərar olub. Analitiklər günəbaxan yağının ixracı ilə bağlı eyni tədbirlərin görülməsini istisna etmirlər. Bu nəticə ilə Azərbaycan idxal üçün alternativ istiqamətlər axtarmalı olacaq. Mütəxəssislər Argentinadan idxal imkanlarını nəzərdən keçirirlər, çünki yerli qarğıdalı yağı idxalı artıq bu ölkəyə yönəlib - son bir il ərzində ölkəyə 20 min 526 tona qədər qarğıdalı yağı idxal edilib və bu həcmin 60%-i bu Cənubi Amerika dövlətinin payına düşür.

Sosial şəbəkələr müxtəlif ölkələrdə günəbaxan yağına tələbatın artmasından danışır. İtaliyada günəbaxan yağının satışı adambaşına 5 şüşə ilə məhdudlaşdırılıb. Avropa İttifaqı (Aİ) fabrikləri Ukraynadan təmizlənməmiş günəbaxan yağı alır, sonra emal olunur və pərakəndə satışda təmizlənmiş qablaşdırılmış yağ satılır. Aİ ayda təxminən 435 min ton təmizlənmiş günəbaxan yağı istehlak edir.

Bu günlərdə Almaniya və ABŞ-da böhrandan, aclıqdan danışmağa başladılar. Xammalın, taxılın qiymətləri kəskin artdı. Rusiya və Ukrayna dünyanın ən böyük buğda ixracatçılarıdır və dünya tədarükünün üçdə birini təşkil edirlər. Lakin müharibə ixracın dayanmasına səbəb oldu.

Analitiklər deyirlər ki, Rusiya hökuməti ölkənin digər gəlirlərindəki azalmanı kompensasiya etmək üçün taxıl ixracına rüsumları artıra bilər. Bu, o deməkdir ki, taxıl baha qiymətə təklif olunacaq. Rusiya da kvota tətbiq etməyə çalışacaq. Bu tədbirlər Azərbaycana təsir etməsə belə, sanksiyalara görə istehsal tsikllərinin pozulması hasilatı azalda bilər və nəticədə təkcə Rusiya deyil, dünya taxıl ixracı üçün qiymət artımı baş verəcək. //ayna//




Paylaş:


Müəllif : Tarix:
22-03-2022, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər