RUSİYA UKRAYNAYA NÜVƏ ZƏRBƏSİ ENDİRSƏ... - ABŞ cavab planı hazırlayır
“ABŞ Rusiyanın gözlənilməz davranışına, yəni Putinin Ukraynaya qarşı nüvə silahından istifadəsinə cavab planı hazırlayır. Bunun üçün Ağ Evdə mütəxəssislərdən ibarət komanda yaradılıb”.
Bunu “The New York Times”-a ABŞ adminstrasiyasının yüksək çinli nümayəndələrindən biri söyləyib.
Qəzet yazır ki, Rusiyanın Ukraynada hətta kiçik taktiki nüvə silahından istifadəsi belə, ABŞ və NATO üçün bağışlanmaz addım olacaq: “Nüvə zərbəsi birbaşa NATO-ya qarşı yönəlməsə belə bu, ABŞ və NATO üçün artıq “bütün mərclər qoyuldu” anlamını daşıyacaq”.
Administrasiya rəsmisi bunun hansı məna kəsb etdiyini dəqiqləşdirməkdən boyun qaçırıb.
ABŞ Senatının Müdafiə Komitəsinin başçısı, senator Cek Rid isə bildirib ki, Ukraynada nüvə silahından istifadə nəticəsində radiasiya NATO ölkələrinin də ərazisinə yayılacaq. Bununla yanaşı bildirilir ki, hələlik Rusiyanın nüvə silahından istifadə hazırlıqlarına dair konkret addımları müşahidə olunmur. Ancaq Ag Ev ehtiyatı əldən vermək fikrində deyil, çünki hazırda təkcə Ukraynanın taleyi həll olunmur.
Həmçinin, qeyd olunur ki, ABŞ Ukraynaya nüvə zərbəsi endirilməsilə yanaşı, Rusiyanın Gürcüstana və Moldovaya müdaxiləsi perspektivlərinə qarşı da kompleks tədbirlər planı üzərində işləyir.
Xatırladaq ki, Ukraynadakı hərbi uğursuzluğu dərinləşdikcə, Rusiya tərəfinin nüvə silahına dair hədə-qorxuları artır. Ötən gün Kremlin sözçüsü Dmitri Peskov “Rusiyanın mövcudluğuna qarşı təhlükə yaranarsa” nüvə silahından istifadənin mümkün olduğunu bildirib.
Ardınca Rusiyanın BMT-dəki səfirinin müavini Moskvanın “qırmızı düym”əyə basmağa hazır olduğuna işarə vurub.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-03-2022, 14:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər