reklam
Regionxeberlericom.az » Dünya » Rusiyanın Ukraynada 20 yaşı olmayan əsgərləri döyüşdürdüyü ortaya çıxdı - FOTO

reklam

Rusiyanın Ukraynada 20 yaşı olmayan əsgərləri döyüşdürdüyü ortaya çıxdı - FOTO


Ukrayna ordusu əsir düşən və öldürülən rus əsgərlərinin məlumatlarını paylaşıb. Heç 20 yaşı belə olmayan əsgərlərin Dağıstan və Çeçenistan kimi bölgələrdən olması diqqət çəkib.

Doğum tarixi 2003-cü il olan əsgərlər hələ 20 yaşı tamam olmamış cəbhəyə göndərilib. Az qala uşaq olan bu əsgərlərin əslən Dağıstan, Çeçenistan və Kabardadan olduğu qeyd edilib. Bu, Rusiyanın İkinci Dünya Müharibəsində olduğu kimi qafqazlıları və azlıqları cəbhəyə göndərdiyini bir daha sübut edib.

Ukraynaya qarşı genişmiqyaslı işğala başlayan Rusiya ordusunun itkiləri günü-gündən artır. Ukrayna Baş Qərargahı bu səhər verdiyi açıqlamada 24 fevral - 24 mart 2022-ci il tarixləri arasında Ukraynada təxminən 15300 rus əsgərinin həlak olduğunu bildirib.

Həmçinin bəyanata görə, fevralın 24-dən etibarən Ukrayna ordusu; rus ordusuna aid; 509 tank, 1556 zirehli döyüş maşını, 252 top, 80 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 45 hava hücumundan müdafiə sistemi, 99 təyyarə, 123 helikopter, 100 texnika, 3 gəmi/qayıq, 70 yanacaq tankeri, 315 xüsusi təyinatlı PUA və hərbi texnika məhv edilib.




Paylaş:


Müəllif : Tarix:
24-03-2022, 15:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər