reklam
Regionxeberlericom.az » Dünya » “KXDR-nın sınaqdan keçirdiyi raket ABŞ-ın istənilən nöqtəsinə çata bilər” - Yaponya Müdafiə Nazirliyi

reklam

“KXDR-nın sınaqdan keçirdiyi raket ABŞ-ın istənilən nöqtəsinə çata bilər” - Yaponya Müdafiə Nazirliyi


















Martın 24-də Şimali Koreyanın sınaqdan keçirdiyi qitələrarası ballistik raket adi atış trayektoriyası halında 15 min kilometr məsafəni qət edə və ABŞ-ın bütün ərazisində hədəfi vura bilər - Şərq sahilləri daxil olmaqla.

Bu barədə Yaponiyanın müdafiə naziri Nobuo Kisi Tokioda mətbuat konfransında bəyan edib. Nazir qeyd edib ki, yeni raket sülh, Yaponiyanın təhlükəsizliyi və beynəlxalq birlik üçün ciddi təhlükədir və indiyə qədərki atışlardan fərqlənir.

Öz növbəsində, Şimali Koreyanın STAK agentliyi cümə günü təsdiləyib ki, sınaqdan keçirilən qitələrarası ballistik raket “Xvason-17”-dir. Raket demək olar düz bucaq altında buraxılıb. O, 1090 kilometr məsafə qət edib, maksimal uçuş hündürlüyü isə 6248 kilometr olub.

Bu ərəfədə Tokio və Seul xəbər verib ki, Pxenyanın buraxdığı raket qitələrarası ballistik silah ola bilər. O, Yaponiyanın istisnasız iqtisadi zonasına, Aomori prefekturasının 170 kilometr qərb sahilinə düşüb.




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 00:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər