“Rusiyanın hücum planı dəyişib”
“ABŞ hesab edir ki, Rusiya hücum əməliyyatının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirməyə diqqət yetirəcək”.
“Röyters” bu barədə Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazır. Bildirilir ki, Rusiya qüvvələri Zelenskinin ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün regionu müdafiə edən Ukrayna ordusunun qarşısını Donbasdan kəsməyə çalışacaq.
“Cümə günü Rusiya “xüsusi əməliyyatın” birinci mərhələsinin demək olar ki, başa çatdığını və əsas diqqətini Donbasın tam “azad edilməsinə” yönəldəcəyini bildirib. Onlar buna daha çox üstünlük verirlər və biz razılaşırıq ki, bizim məlumatlarımız buna uyğun gəlir”, - deyə adının açıqlanmasını istəməyən məmur jurnalistlərə bildirib.
Qeyd edilib ki, ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini izləyir.
“Onlar, əlbəttə ki, bunu özlərinə prioritet hesab etdilər”, - nazirlik sözçüsü əlavə edib.
Qeyd edək ki, Rusiya qoşunları Kiyev yaxınlığında müdafiə mövqeyi tutur. Eyni zamanda, Ukrayna ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2022, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər