reklam
Regionxeberlericom.az » Dünya » Rusiya "Stop" səslərini eşitmir - Bu daha böyük faciə deməkdir

reklam

Rusiya "Stop" səslərini eşitmir - Bu daha böyük faciə deməkdir


NATO- nun Brüsseldəki mənzil qərargahında Alyansa üzv ölkələrin liderlərinin fövqəladə iclası keçirildi. Toplantıda Ukraynaya dəstəyin davam etdirilməsi qərara alındı. Eyni zamanda qurumun baş katibi Yens Stoltenberq dedi ki, NATO münaqişə tərəfi olmaq istəmir. Həmçinin bəzi dövlətlərə Kremlə dəstəyi dayandırmaq barədə xəbərdarlıq edildi.

Rusiyanın isə dayanmaq fikri yoxdur. Ən azından ona görə ki, indiyədək Moskvaya kifayət qədər sanksiya tətbiq olunub. Amma Kreml nə daxildəki, nə də xaricdəki "Stop" səslərini eşidir.

NATO ölkələrinin dünənki iclası və Şərqi Avropadakı durum barədə millət vəkili Asim Mollazadə ilə həmsöhbət olduq:

- NATO- nun dünənki sammitini necə qiymətləndirirsiniz?

- Fövqəladə iclasın nəticəsi göstərdi ki, Alyans dövlətləri Rusiyaya sanksiya tətbiq etməyə və Ukraynaya silah göndərməyə davam edəcəklər. Amma qurumun baş katibi Yens Stoltenberqin dediyi kimi, NATO heç bir halda münaqişəyə qoşulmayacaq. İndiyə kimi Kiyevə ancaq "partizan" silahları verilirdi. Ağır texnika isə, demək olar, göndərilmirdi. Bu barədə Ukraynadan dəfələrlə məlumat verilib.

- Türkiyənin vasitəçilik təşəbbüsü barədə nə deyə bilərsiniz?

- Qardaş ölkə NATO- nun əsas əsas üzvlərindən biridir. Ankaranın həm Moskva, həm də Kiyevlə yaxşı münasibətləri var. Ona görə vasitəçilik təşəbbüslərini davam etdirir. Fikrimcə, Türkiyənin bu ədalətli və doğru mövqeyi bütün dünyanın maraqlarına cavab verir. Çünki bu, daha genişmiqyaslı savaşın qarşısının alınması deməkdir.

- NATO baş katibi Çin və Belarusa xəbərdarlıq edib. Onları Rusiyaya dəstək verməkdən əl çəkməyə çağırıb. Necə düşünürsünüz bu dəstək nə qədər həlledicidir?

- Düşünürəm ki, nə Çin, nə də Belarus Rusiyaya dəstək verməkdə maraqlıdır. Çünki Moskvanın zəifləməsi Pekinin ürəyincədir. Belarus Prezidenti Aleksandr Lukaşenko isə Rusiyaya qoşun göndərməkdən narahatdır. O, bütün imkanları ilə bunu etməməyə çalışır. Çünki Lukaşenko başqa vaxt buna ehtiyac olanda qoşununun olmayacağından qorxur.

- Müharibənin Cənubi Qafqaza təsiri nədən ibarətdir?

- Ciddi təsir edəcəyini düşünmürəm. Rusiya müharibədən qalib ayrılsa belə, onun təcavüzkar siyasətinin regiona siraət edəcəyi ağlabatan deyil. Bu, Kreml üçün daha böyük faciə deməkdir. Çünki Ukraynada müharibə bitsə də, Qərb sanksiyaları aradan qaldırmağa tələsməyəcək. Nəticədə Rusiyada iqtisadi və sosial durum daha da ağırlaşacaq.




Paylaş:


Müəllif : Tarix:
26-03-2022, 15:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər