reklam
Regionxeberlericom.az » Dünya » “BU HALDA RUSİYA İMPERİYASI MƏHV OLACAQ...”– "Müharibə 5 ssenari üzrə bitə bilər”

reklam

“BU HALDA RUSİYA İMPERİYASI MƏHV OLACAQ...”– "Müharibə 5 ssenari üzrə bitə bilər”














Rusiya ilə Ukrayna arasında başlayan qanlı müharibənin bir ayı tamam oldu. Bir ay ərzində minlərlə canlı qüvvə və hərbi texnika itirən Rusiya Ukraynada ciddi bir irəliləyişə nail ola bilmədi. Ancaq bütün bu hərbi uğursuzluqlara və Qərbin sanksiyalarına rəğmən, Kreml rəhbərliyi hələ də öz məkrli planlarından əl çəkmək niyyətində deyil. Ukrayna ordusunun uğurlu hərbi əməliyyatları qarşısında heç nə edə bilməyən ruslar son günlər daha da azğınlaşaraq mülki əhalini və günahsız insanları hədəf almağa başlayıblar.

Müharibənin davam etdiyi bir vaxtda isə bəzi sualların cavabı hələ də qeyri-müəyyən olaraq qalır: “Müharibə nə zaman bitəcək? Kim qalib gələcək? Putinin və Rusiyanın taleyi necə olacaq?”.

Almaniyanın məşhur “Bild” nəşri “Putinin Ukraynadakı qanlı müharibəsi belə bitə bilər” başlıqlı məqalədə 5 ssenarinin mümkün olduğunu qeyd edib. Həmin materialın maraqlı hissəsini oxuculara təqdim edirik:

Ssenari 1: “Putin qazansa nə olacaq?”

“Bild” nəşri yazır ki, bu ssenari Kreml liderinin arzularının gerçəkləşməsi deməkdir: “Belə olan halda Kiyev meydanında rus bayrağı dalğalanacaq, Ukraynanın prezident sarayı zəbt olunacaq və parlamentə rusyönlü yeni deputatlar gətiriləcək. Putin yüksək rütbəli ukraynalı hərbçiləri, siyasətçiləri və ona müqavimət göstərməyə çalışan hərkəsi həbs etdirəcək. Ukraynada zülmkar bir rejim yaranacaq. Belə olan halda Baltikyanı ölkələr və Polşanın təhlükəsizliyi də sual altına düşəcək”.

Bununla belə, qəzet Rusiya ordusunun müharibə başlayandan bəri Ukraynanın böyük şəhərlərini ələ keçirə bilmədiyini qeyd edərək, “Xoşbəxtlikdən bu variant mümkün deyil”- deyə, şərh edib.

Ssenari 2: “Putin məğlub olsa nə olacaq?”

“Bild” nəşri hazırda bu ssenarinin də gerçəkləşməsinin mümkün olmadığını qeyd edir. Bunun baş verməsinin müharibənin davam etmə müddətindən asılı olduğunu bildirir: “Əgər ruslar Ukraynada məğlub olsalar Rusiya iqtisadiyyatı çökəcək, daxildə etiraz aksiyaları başlayacaq və Putin bu məğlubiyyətdən sonra hakimiyyətdən getməli olacaq. Hazırda Qərb ölkələrinin tətbiq etdiyi iqtisadi sanksiyalar yavaş-yavaş Rusiyada hiss olunmağa başladığından, müharibə əleyhdarlarının sayı hər ötən gün artır”.

Ssenari 3: “Rusiya geri addım atsa nə baş verəcək?”

Qəzet yazır ki, Putin heç vaxt məğlubiyyəti etiraf etməsə də, Rusiya prezidentinin öz imicini qorumaq üçün Donbas bölgəsindəki bəzi torpaqları ələ keçirərək müharibəni dayandırması da mümkün ssenarilərdən biridir: “Bu baxımdan Mariupol şəhəri hər iki tərəf üçün kritik əhəmiyyət kəsb edir. Əgər Putin Mariupolu alsa, müharibəni dayandıra və əsgərlərinə “qələbə” ilə evə qayıtmaq şansı yarada bilər. Ancaq hazırda bu ssenarinin də reallaşması mümkün deyil”.

Ssenari 4: “Danışıqlar nəticə versə, nə olacaq?”

“Bild” nəşri bildirir ki, Ukrayna müqavimət göstərməkdə davam edərsə, Putin müharibədə qalib gələ bilməyəcəyini anlayaraq danışıqlar masasına otura bilər:“Rusiya bu danışıqlarda Ukraynanın NATO və Aİ ilə yaxınlaşmasının qarşısını ala bilər. Bu ssenari mümkün görünür. Ancaq hər şey müharibənin gedişindən asılı olacaq”.

Ssenari 5: “Müharibə uzansa nə olacaq?”

“Bild” nəşri müharibənin bitmə ehtimalının az olduğuna diqqət çəkib: “Putin bütün xəbərdarlıq və çağırışlara baxmayaraq müharibəni davam etdirsə, Rusiya Ukraynada ikinci Əfqanıstan məğlubiyyəti ilə qarşılaşa bilər. Sovet İttifaqı Əfqanıstanda 10 il döyüşdü və ciddi itkilər verdi. Bu məğlubiyyətin adınca SSRİ-nin parçalanması sürətləndi. Əgər eyni ssenari Ukraynada təkrarlansa, bu dəfə də Rusiya imperiyası adlanan bir ölkə mövcud olmayacaq”.




Paylaş:


Müəllif : Tarix:
27-03-2022, 10:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər