Əmir Xan Mottaki Doha Assambleyasının spikerlər siyahısından çıxarılıb
"Taliban"ın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottaki Doha Assambleyasının spikerlər siyahısından çıxarılıb.
Bu barədə Əfqanıstanın yerli mediası xəbər yayıb, bildirilir ki, Mottakinin Doha Assambleyasının spikerlər siyahısından çıxarılması "Taliban" üçün böyük biabırçılıqdır.
"Taliban"ın Qətərdəki siyasi ofisi İslam Əmirliyi ilə beynəlxalq ictimaiyyət arasında əlaqə rolunu oynayır, çünki ofis dünyanın təxminən 16 ölkəsi ilə əlaqə saxlayır. Süheyl Şahin Doha ofisinin rəhbəridir.
"Taliban" Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra ABŞ, bəzi Avropa və Qərb ölkələri siyasi nümayəndələrini və diplomatik korpuslarını Qətərə köçürüb.
Tolo News xəbər verir ki, "Taliban"ın Qətərdəki siyasi ofisi əvvəlki hökumət dövründə də İslam Əmirliyinin ABŞ ilə əlaqə kanalı olub.
"Taliban"ın Qətərdəki siyasi ofisi 2013-cü ildə Əfqanıstan İslam Əmirliyinin bayrağı və adıyla Qətər hökumətinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-03-2022, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər