Erməni naziri "KQB zirzəmisi"nə saldılar
"Fövqəladə hallar naziri Andranik Piloyan xalq arasında daha çox “KQB-nin zirzəmisi” kimi tanınan “Yerevan Kentron” cəzaçəkmə müəssisəsindədir". Bu barədə yerli media məlumat yayıb. Saytlar Ədliyyə Nazirliyinin Penitensiar İdarəsinin mətbuat katibi Nona Navikyana istinad ediblər.
Erməni nazir korrupsiyaya dair cinayət işində dindirilir"Xatırladaq ki, dünən İrəvan məhkəməsi Piloyan barəsində həbs qərarı çıxardı. Ehtimallara görə, o, iki ay müddətinə həbs edilib. Böyük korrupsiya işinin tərkib hissəsi kimi daha səkkiz müttəhimə qarşı da ittiham irəli sürülüb. On nəfər şübhəli şəxs qismində hələ də iş üzrə dindirilir. İlkin araşdırma zamanı müəyyən edilib ki, Piloyan köməkçisinin əli ilə nazirliklə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Piloyanın köməkçisinin kabinetində aparılan axtarış zamanı silah və sursat da tapılıb", - saytlar yazıb.
Xatırladaq ki, martın 28-də “Sputnik Armeniya” Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının sözügedən nazirlikdə əməliyyat keçirmələri barədə məlumat yaymışdı.
“Hraparak” qəzeti isə xüsusi xidmət orqanlarının xüsusən nazirin müşaviri Aşot Akopyanın otağında axtarış apardıqlarını yazmışdı. Sonradan isə məlumat yayıldı ki, nazir Andranik Piloyan martın 28-dən aprelin 14-nə kimi məzuniyyətə çıxıb. Piloyanı onun birinci müavini Armen Pambuxçyanla əvəzləyib. Qeyd edək ki, Piloyan 22 oktyabr 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın milli qəhrəmanı adını almışdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2022, 15:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər