reklam
Regionxeberlericom.az » Dünya » ABŞ Ukraynaya daha 300 milyonluq vəsait ayırır

reklam

ABŞ Ukraynaya daha 300 milyonluq vəsait ayırır

















Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardım elan edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytındakı press-relizdə deyilir.

“Bu qərar ABŞ-ın Rusiyanı dəf etməsi yolunda qəhrəmancasına səylərini dəstəkləmək üçün Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır”, - press-relizin mətnində qeyd edilib.

Sözügedən yardım paketinə aşağıdakılar daxildir:

Lazerlə idarə olunan raket sistemləri

Taktiki PUA “Switchblade”

PUA “Puma”

Zirehli yüksəkmobilli çox məqsədli maşınlar

Kiçik və böyük çaplı döyüş sursatları

Gecə görmə cihazları, termal görüntülər

Taktiki müdafiə rabitə sistemləri

Kommersiya peyk görüntüləri xidmətləri

Dərmanlar, sahə avadanlığı və s.

Qeyd olunur ki, ABŞ bu günə qədər Ukraynaya təhlükəsizlik yardımı üçün artıq 2,3 milyard dollardan çox, o cümlədən Rusiyanın hərbi müdaxiləsi başlayandan sonra 1,6 milyard dollardan çox vəsait ayırıb.

 




Paylaş:


Müəllif : Tarix:
2-04-2022, 10:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər