reklam
Regionxeberlericom.az » Dünya » “Rusiyalılar yaya qədər sanksiyaların təsirini tam hiss edəcəklər” - QAÇILMAZDIR!

reklam

“Rusiyalılar yaya qədər sanksiyaların təsirini tam hiss edəcəklər” - QAÇILMAZDIR!


“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin iqtisadi vəziyyətinə çox güclü təsir edib, lakin onların tam təsiri bu ilin yayında olacaq”.

Bunu Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Rusiyanın iqtisadi və sosial coğrafiyası kafedrasının professoru Nataliya Zubareviç deyib.

İqtisadçı Rusiya iqtisadiyyatında artıq mövcud olan dəyişikliklərdən danışıb: “Tətbiq olunan sanksiyalar fonunda problemlər hələ yeni başlayır. Xaricdən gətirilən komplektləşdirici məhsullarla işləyən bütün müəssisələr zərər çəkəcək. Hamının ehtiyatı var idi və o, aprel-may aylarında tükənəcək. Bundan sonra nə ilə işləyəcəklər? Bax, bu, aydın deyil. Məhdudlaşdırıcı tədbirlər maşınqayırma sektoruna da təsir edəcək. Lakin indiyə qədər bu cür problemlər çox az şəkildə üzə çıxıb, çünki hamının ehtiyatı var idi. Şirkətlərin Rusiya bazarından getməsi ilə əlaqədar avtomobil sənayesi də dəyişikliklərə məruz qalıb”.

N.Zubareviç qeyd edib ki, Rusiya vətəndaşları, çox güman, yaya qədər işsizlik səviyyəsində də artım hiss edəcəklər: “Hələlik işsizliklə bağlı nəsə demək mümkün deyil, çünki insanları işdən çıxarmırlar, məzuniyyətə göndərirlər və maaşlarının bir hissəsini verirlər. Yaya qədər onun da səviyyəsi artacaq, çünki Rusiyada əmək məcəlləsinə əsasən, insanları məşğul kimi saxlamaq və azı üç ay onlara maaşın tarif hissəsini ödəmək olar”. //report//




Paylaş:


Müəllif : Tarix:
2-04-2022, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər