Roma Papası Fransisk Kiyevə səfər etməyi düşündüyünü açıqlayıb.
Bu barədə Amerikanın “NBC NEWS” televiziyasının jurnalisti Klaudio Lavanqa sosial şəbəkə hesabında paylaşım edib.
“Maltaya gedən təyyarədə Papa Fransiskdən Kiyevə səfər təklifini nəzərdən keçirib-keçirmədiyini soruşdum. Cavab verdi: “Bəli, təklif masanın üstündədir””, - paylaşımda qeyd edilib.