“Sanksiyalar Putini dayandırmalı idi” - Polşanın Baş naziri
Polşa və Baltikyanı ölkələr Rusiyaya qarşı yeni cəza tədbirlərinin görülməsini təklif edir.
APA “Politico”ya istinadən xəbər verir ki, həmin ölkələr Avropa İttifaqının (Aİ) Rusiyaya sanksiyalarının birinci raundunun uğursuz olduğunu və məqsədinə çatmadığını, Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etmədiyini bildiriblər.
Polşanın Baş naziri Mateuş Moravietski “Twitter“ hesabındakı paylaşımında bəzi Aİ liderlərini sanksiyalarla fəaliyyətsizliklərini ört-basdır etməkdə günahlandırıb.
“Bəzi Aİ liderləri sanksiyalarla öz fəaliyyətsizliklərini pərdələməyə çalışırlar. Sanksiyalar Ukraynaya sülh gətirməli idi. Sanksiyalar Putini dayandırmalı idi. Əgər bunu edə bilmirlərsə, deməli kifayət qədər güclü deyillər”, - Polşa Baş naziri qeyd edib.
“Politico”nun xəbərinə görə, eyni zamanda, Polşa və Baltikyanı ölkələr Avropa Komissiyasını Rusiyadan yük maşını trafikini dayandırmağa, Belarus gəmilərinin Aİ limanlarına daxil olmasını qadağan etməyə çağırıb. Avropa Komissiyasına ünvanlanan məktubda Polşa və Baltikyanı ölkələr Rusiya və Belarusun sadələşdirilmiş gömrük-keçid sisteminə dair beynəlxalq razılaşmalardan çıxarılmasını da təklif ediblər.
Qeyd edək ki, Moravietski daha əvvəl Polşanın Rusiyadan hər növ enerji idxalını ilin sonunadək dayandıracağını bəyan edib. Polşa hökumətinin əvvəlcə aprel-may aylarında Rusiyadan kömür idxalını dayandıracağı gözlənilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-04-2022, 21:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər