reklam
Regionxeberlericom.az » Dünya » "Buçada qətliam törətmiş rusiyalı hərbçilər döyüşmək üçün yenidən Ukraynaya göndəriləcək" - Ukrayna kəşfiyyatı

reklam

"Buçada qətliam törətmiş rusiyalı hərbçilər döyüşmək üçün yenidən Ukraynaya göndəriləcək" - Ukrayna kəşfiyyatı
















Buçada qətliam törədərək ölkələrinə qayıdan rusiyalı hərbçilərin yenidən Ukraynaya göndərilməsi planlaşdırılır.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Onlar burada başlarına nəyin gələcəyini bilirlər. Odur ki, Ukraynaya qayıtmağa etiraz edirlər. Lakin komandanlıq həmin döyüşçüləri buna məcbur edir, onları tribunalla hədələyir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Buçada yerli əhalini hədəf alanlar Rusiya Silahlı Qüvvələrinin 35-ci Əlahiddə Ümumqoşun Ordusunun 64-cü motoatıcı briqadası olub. Onların qarşıdakı günlərdə yenidən Ukraynada olacağı gözlənilir.

Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 14:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər