ABŞ-dan RUSİYAYA DAHA BİR MALİYYƏ ZƏRBƏSİ - Defolt təhlükəsi artır
“Rusiya xarici borclarını özündə qalan valyuta ehtiyatlarından ödəməsə, tarixi defolt təhlükəsilə üz-üzə qalacaq”.
“Reuters” agentliyinin yaydığı məlumatda ABŞ-ın Rusiyaya növbəti ciddi maliyyə zərbəsi vurduğu bildirilir.
Belə ki, ABŞ öz banklarında mövcud olan Rusiya vəsaitlərindən Moskvanın xarici borcları ödəmək üçün istifadə etməsini tam bloklayıb. Beləliklə, Rusiya həmin hesablardan nəinki öz ehtiyaclarının ödənməsi, həmçinin xarici borcların qaytarılması üçün də istifadə edə bilməyəcək.
Hansı ki, müharibə başlayandan sonra Qərbin sərt sanksiyalarına baxmayaraq, ay ərzində ABŞ 5 dəfə bu ödənişlərin edilməsinə icazə verib. Sonuncu dəfə ötən cümə axşamı günü Rusiya ABŞ-dakı rezervlərinin 447 milyon dollarını suveren borclarını ödəmək üçün istifadə etmişdi. Lakin indidən sonra Moskva ABŞ banklarındakı ehtiyatlarına heç toxuna da bilməyəcək.
“Reuters” yazır ki, bundan sonra Rusiyanın vəziyyəti daha da ağırlaşacaq:“Qərb Rusiyaya daha çox təzyiq göstərməyə çalışır ki, o, daxili valyuta rezervindən istifadə edərək, onu tükəndirmək məcburiyyətində qalsın. Əgər onlar buna nail olsalar, faktiki olaraq Rusiyanın həmin dollarlardan digər məqsədlər, yəni mahiyyət etibarilə müharibənin maliyyələşdirilməsi üçün istifadə etməsinin qarşısını alacaqlar”.
Agentlik hesab edir ki, Rusiyanın artıq iki çıxış yolu qalır. Ya yarıdan çoxu müsadirə olunmuş 640 milyard dollarlıq valyuta rezrvlərinin qalan hissəsindən xarici borclarını ödəməyə başlamalıdır ki, bu da həmin vəsaitləri tükəndirəcək, ya da defolta getməlidir.
Çünki borcların Rusiya tərəfindən xarici valyutada deyil, rublla ödənməsi təklifi avtomatik borcun ödənilməsindən imtina anlamı daşıyır və defolt deməkdir.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, dünən Rusiya ABŞ banklarındakı ehtiyatlarından 552.4 milyon dollarını vaxtı çatmış borclarını ödəmək üçün yönləndirmək istəsə də, buna icazə verilməyib. Həmin gün həm də istiqrazlar üzrə 84 milyon dollarlıq kupon ödənişi olmalıydı ki, buna da imkan verilməyib. Beləliklə də ABŞ dondurulmuş vəsaitlərə Moskvanın çıxışını birdəfəlik dayandırıb. Bu borc əməliyyatlarını yerinə yetirən “JPMorgan Chase” bankı sözügedən fəaliyyətini dayandırıb.
Rusiyanın vaxtı çatan xarici borc öhdəliklərini yerinə yetirmək üçün 30 gün vaxtı var. Onun hələ ki, bu borcu ödəmək imkanı var, çünki rezervlərinin yarıdan çoxu dondurulsa da, hələ ki, müəyyən valyuta ehtiyatları qalır. Lakin bu ehtiyatların xarici borcların qaytarılmasına yönəldilməsi Moskvanın manevr qabiliyyətini azaldır və müharibəni maliyyələşdirmək, daxildəki sosial-iqtisadi problemləri həll etmək imkanlarını xeyli daraldır.
ABŞ-ın bu qərarı həm də Avropa Birliyinin gözlənilən yeni sanksiya paketinin tətbiqi ilə üst-üstə düşür. Məlum olduğu kimi, Avropa Ukraynada törətdiyi qətliamlara görə Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb. ABŞ-ın Rusiyanın valyuta ehtiyatlarına çıxışını birmənalı şəkildə dayandırması həmin sanksiyaların effektini bir qədər də artıracaq.
Onu da qeyd edək ki, sanksiyalar səbəbindən Rusiya zatən xarici maliyyə bazarlarına çıxış və yeni borc almaq imkanlarından məhrum edilib. Üstəgəl, defolt elan ediləcəyi halda, Rusiya xarici borclar üzrə öhdəliklərini tam yerinə yetirməyənə qədər heç kimdən borc ala bilməyəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-04-2022, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər