UKRAYNA ORDUSU BU ƏRAZİLƏRİ AZAD ETDİ - Rusiyanın itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlandı
“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum əməliyyatına hazırlaşırlar”.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“Düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər cəlb edir. 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə məhv edilib, başqa biri isə döyüş qabiliyyətini bərpa etmək üçün Belqorod vilayətinə aparılıb”, - qurumdan bildirilib.
Qeyd olunub ki, Slobojan istiqamətində Rusiya hərbçiləri Xarkov şəhərini mühasirəyə almağa çalışırlar.
Rəsmi informasiyaya əsasən, Rusiyanın 20-ci ümumqoşun ordusunun 236-cı artilleriya briqadası şəxsi heyəti və silah-sursatının 20 faizini itirib: “İşğalçılar beynəlxalq humanitar hüquqla qadağan olunan silahlardan fəal şəkildə yararlanırlar. Ukrayna Silahlı Qüvvələri ötən sutkada Rusiyanın 8 qanadlı raketini məhv edib”.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumu nəticəsində Xerson vilayətinin Dobryanka, Novovoznesensk və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər: “Aleksandrovka rayonunun azad edilməsi istiqamətində döyüş davam edir”.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərini təhvil verməyə hazırlaşır.
Bu arada Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 18 600-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.
Bundan başqa, hücum edən tərəfin 684 ədəd tankı, 1 861 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 135 ədəd helikopteri, 1 324 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 94 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
İndiyədək müharibə səbəbindən Ukraynanı tərk edənlərin sayı məlum olub.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
“Rusiyanın tammiqyaslı işğalından bəri 10 milyon ukraynalı xarici ölkələrə gedib və evini tərk edib”, - xəbərdə bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-04-2022, 11:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər