RUS ORDUSUNDA İTAƏTSİZLİK - 60 elit paraşütçü döyüşməkdən imtina edib
Rusiyanın Ukraynaya göndərdiyi 60 elit paraşütçü döyüşməkdən imtina edib. Teleqraf.com xəbər verir ki, hərbi bazaya qayıtdıqdan sonra Rusiyada “qorxaq” elan edilən hərbçilər həbs cəzası ilə üzləşə bilərlər.
Paraşütçülərin Ukraynada döyüşmək üçün göndərildikləri Belarusdan geri qayıtdıqları bildirilib.
Müdafiə naziri Sergey Şoyqu etirazı araşdırmaq üçün köməkçilərindən birini Pskova göndərib, başlayan araşdırma hərbçilərin həbsi ilə nəticələnə bilər.
Döyüşmək istəməyən hərbçilər Rusiyada kəskin etirazla qarşılanıblar. Hərbi hissəyə qayıdan hərbçilərə “qorxaq” damğası vurulub, bəzilərinin isə qovulduğu deyilib.
Ukrayna onların Rusiyanın elit paraşütçüləri olduğunu iddia edib. Qeyd edilib ki, bu, Vladimir Putinin əmrini yerinə yetirməkdən imtina olunan çox sayda belə hallardan sadəcə biridir.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2022, 08:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər