reklam
Regionxeberlericom.az » Dünya » "Təzə hücum dalğası olacaq, Putin tapşırıb ki..." - VİDEO

reklam

"Təzə hücum dalğası olacaq, Putin tapşırıb ki..." - VİDEO

















Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiya Silahlı Qüvvələrinin (SQ) Ukraynanın bütün şəhərlərinə hücum hazırlayacağını vəd edib.
O, bu barədə yayımladığı videomüraciətində bildirib.

Onun sözlərinə görə, SQ şəhər, kənd və digər yaşayış məntəqələrini "azad etmək üçün" onlara hücuma keçməyi planlaşdırır:

“Tapşırıqlar aydındır və biz artıq konkret, dəqiq şəkildə işləməyə başlayırıq və təkcə Mariupolda deyil, bütün digər qəsəbələrdə, şəhərlərdə və kəndlərdə hücum dalğası olacaq. Ancaq ilk növbədə, biz Luqansk və Donetski tamamilə azad edəcəyik, belə bir tapşırığı Ali Baş Komandan (Rusiya prezidenti Vladimir Putin – red.) qoyub”.

Kadırov bildirib ki, hücum təkcə Mariupola deyil, paytaxt Kiyev və Ukraynanın digər şəhərlərinə də aparılacaq. O deyib ki, Donetsk və Luqanskdan sonra Kiyevi və bütün digər şəhərləri tutacaqlar:

“Sizi inandırıram, bir addım da geri çəkilməyəcəyik”.

O, Rusiyanın Kiyevdən çəkilməsi məsələsinə də münasibət bildirib:

“Sizi əmin edə bilərəm ki, Kiyev ali baş komandanımızın onun üzərinə qoyduğu bütün öhdəlikləri yerinə yetirməsə, müharibə dayanmayacaq. Onları artıq bitirmişik, hətta sağ olanlar da mənəvi cəhətdən öldürülür”.




Paylaş:


Müəllif : Tarix:
11-04-2022, 12:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər