reklam
Regionxeberlericom.az » Dünya » Zelenski ofisinin rəhbəri Emmanuel Makrona cavab verib

reklam

Zelenski ofisinin rəhbəri Emmanuel Makrona cavab verib

















“Biz Rusiyanın Ukrayada törətdiklərinin soyqırımı olduğunu Beynəlxalq Məhkəmədə sübut edəcəyik”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynada törətdiklərini “soyqırımı” adlandırmamasına münasibət bildiriərkən deyib.

“Volodimir Zelenski Rusiyanın Ukraynadakı cinayətlərini soyqırımı adlandırır. ABŞ Prezidenti Cozef Bayden ukraynalıların soyqırımı deyir. Biz Beynəlxalq Məhkəmədə bunu sübut edəcəyik. Demokratiyanın liderləri artıq hər şeyi öz adı ilə çağırır. Təxminən hamısı bu fikirdədir. İnanıram ki, “təxminən” sözü müvəqqətidir.

Rusiyanın təbliğat maşını Buçada törədilənləri “feyk” sayır. Ancaq demokratik sivilizasiya baş verənləri özü görür. Rusiya 21-ci əsrdə Ukrayna xalqını soyqırımı edir. Ancaq onlar Ukraynaya qalib gələ, millətimiz məğlub edə biməyəcəklər. Onları bütün istiqamətlərdə məğlubiyyət gözləyir. Bundan sonra xalqımıza qarşı bütün cinayətlərə görə məsuliyyət daşıyacaqlar”, - Andrey Yermak vurğulayıb.

Xatırladaq ki, jurnalistlər Emmanuel Makrona Rusiyanın Ukrayanda törətdiklərini “soyqırımı” kimi qiymətləndirib-qiymətləndirmədiyinə dair sual veriblər. Fransa Prezidenti sual belə cavablandırıb: “Bu gün bu termini ehtiyatla işlədəcəyəm. Çünki bu iki xalq (Rusiya və Ukrayna - “Report”) qardaşdır”.

Bununla belə Makron Rusiyanın Avropada görünməmiş hərbi cinayətlər törətdiyini söyləyərək əlavə edib: “Fransa bu cinayətləri araşdırmaq üçün Ukrayna ilə əməkdaşlıq edir”.

Xatırladaq ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.




Paylaş:


Müəllif : Tarix:
13-04-2022, 14:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər