reklam
Regionxeberlericom.az » Dünya » Britaniya rus oliqarxların 2 milyardlıq aktivlərini dondurdu

reklam

Britaniya rus oliqarxların 2 milyardlıq aktivlərini dondurdu
















Böyük Britaniya iki rus oliqarxın 10 milyard funt sterlinqlik aktivlərini dondurur.

Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçə yaxın iki rus oliqarx - Yevgeni Tenenbaum və David Davidoviçin 10 milyard funt sterlinq dəyərində aktivlərinin dondurulduğunu bildirib.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada,Tenenbaum və Davidoviçə qarşı alınan sanksiya qərarı ilə fevral ayından bəri sanksiyaya məruz qalan rusiyalı oliqarxların, ailə üzvlərinin və ortaqlarının sayının 106-ya çatdığı bildirilib.

“Sanksiya qərarı bu aktivlərin Rusiyaya qaytarılmasının və Putinin döyüş maşınının maliyyələşdirilməsində istifadə olunmasının qarşısını alacaq” ifadəsinə yer verilən açıqlamada Davidoviçə səfər qadağasının da qoyulduğu qeyd edilib.

Açıqlamada danışıqlarda yer alan İngiltərə xarici işlər naziri Liz Tras sözügedən sanksiya qərarı ilə hökumətin 10 milyard funt sterlinq dəyərində olduğu təxmin edilən aktivlərin dondurulduğunu və bunun Böyük Britaniya tarixində "dövlətdəki ən böyük aktiv dondurulması" olduğunu vurğulayıb.

"Putin Ukraynada uğursuzluğa düçar olana qədər biz sanksiyaları davam etdirəcəyik. Heç nə və heç kim masadan kənarda deyil", - Tras deyib.

İngiltərə dünən Aİ ilə koordinasiyada Ukraynanın Rusiyanın dəstəklədiyi qeyri-qanuni separatçı bölgələnə dəstək verən 178 nəfərə sanksiya tətbiq etmək qərarına gəlib.




Paylaş:


Müəllif : Tarix:
14-04-2022, 21:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər