Şimali Makedoniya daha 6 rusiyalı diplomatı ölkədən çıxarır

Şimali Makedoniya daha 6 rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan edib.
regionxeberlericom.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.
Rusiyanın Şimali Makedoniyadakı səfiri Sergey Bazdnikin XİN-ə çağırılıb və ona diplomatik nota təqdim edilib. Notaya əsasən, Rusiyanın Skopye şəhərindəki səirliyinin 6 əməkdaşı “arzuolunmaz şəxs” elan olunub.
Bildirilir ki, həmin əməkdaşlar diplomatik münasibətlər barəsində Vyana Konvensiyasına zidd fəaliyyətlər həyata keçirib və növbəti 5 gün ərzində ölkəni tərk etməlidirlər.
Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz növbəsində bildirib ki, Rusiya sözügedən məsələ ilə bağlı cavab tədbirləri görəcək.
Xatırladaq ki, martın 28-i Şimali Makedoniya Rusiya səfirliyinin 5 əməkdaşını ölkədən çıxarmaq barədə qərar qəbul etmişdi. Bu zaman da həmin əməkdaşlara ölkəni tərk etmək üçün 5 gün verilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2022, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB