reklam
Regionxeberlericom.az » Dünya » Aİ Ukraynaya daha 45 milyon avro ayırdı

reklam

Aİ Ukraynaya daha 45 milyon avro ayırdı
















Avropa İttifaqı (Aİ) Ukraynadakı humanitar layihələr üçün əlavə 45 milyon avro, Moldovada isə 5 milyon avro ayırıb.

Bu barədə bazar günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Avropa Komissiyası Ukraynada baş verən hadisələrdən zərər çəkmiş insanlara dəstək olmaq üçün əlavə 50 milyon avro humanitar maliyyə ayırıb, o cümlədən 45 milyonu Ukraynada, 5 milyonu Moldovada humanitar layihələrə ayrılıb”, - deyə məlumatda bildirilir.

Bildirilib ki, bu vəsait mülki şəxslərin dərman, içməli su və gigiyena vasitələri ilə təmin edilməsi, sığınacaqların və cinsi zorakılığın qarşısının alınması üçün layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, bu 50 milyonla birlikdə Aİ-nin həm Ukraynadakı, həm də xaricdəki qaçqınlar üçün humanitar yardımı 143 milyon avroya çatıb.




Paylaş:


Müəllif : Tarix:
17-04-2022, 13:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər