reklam
Regionxeberlericom.az » Dünya » “Əl-Qaidə” Malidə “Vaqner”in çoxlu sayda əsgərini əsir götürüb

reklam

“Əl-Qaidə” Malidə “Vaqner”in çoxlu sayda əsgərini əsir götürüb
















“Əl-Qaidə” terror təşkilatının Saxel qolu Malidə “Vaqner” özəl hərbi şirkətinin çoxlu sayda əsgərini əsir götürdüyünü bildirib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə “az-Zəllaka” qəzeti məlumat yayıb.

Məlumata görə, “Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşması Mali ordusu ilə işləyən çoxlu sayda “Vaqner” əsgərini əsir götürüb.

Açıqlamada “Vaqner” əsgərlərinin aprelin ilk həftəsində Mali ordusu ilə birlikdə Mura kəndində əməliyyatlar keçirdikləri, çoxlu mülki vətəndaşı qətlə yetirdiyi bildirilir.

Bununla da “Əl-Qaidə” ilk dəfə olaraq Malidə “Vaqner” əsgərlərinin olması ilə bağlı iddia ilə çıxış edib.

Mali hərbi administrasiyası onun ordusunun “Vaqner” qrupu ilə əməkdaşlıq etdiyinə dair iddiaları rədd edib.

Aprelin 1-də Mali Silahlı Qüvvələrinin komandanlığı Mura kəndi ərazisində martın 23-dən 31-dək keçirilən əməliyyatlar zamanı 203 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Bununla belə, bir sıra yerli və beynəlxalq hüquq müdafiəçiləri ölənlərin terrorçu deyil, mülki şəxslər olduğunu bildiriblər.




Paylaş:


Müəllif : Tarix:
26-04-2022, 09:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər