reklam
Regionxeberlericom.az » Dünya » HƏR AY 5 MİLYARD DOLLAR! – Ukraynaya maliyyə axını davam edir

reklam

HƏR AY 5 MİLYARD DOLLAR! – Ukraynaya maliyyə axını davam edir
















“Beynəlxalq Valyuta Fondu(BVF) xüsusi inzibati hesab açıb. Bu hesab vasitəsilə büdcəmiz hər ay vətəndaşlarımız qarşısında bütün sosial və humanitar öhdəliklərimizi yerinə yetirmək üçün 5 milyard dollar alacaq”.

Bunu Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib.

Şmıqal deyib ki, Ukraynaya yardım etməyə hazır olan ölkələr və BVF rəhbərliyi Ukraynadakı vəziyyəti yaxşı anlayır və adekvat qərarlar verməyə çalışırlar: “Şəxsən BVF-nin direktoru Kristalina Qeorqieva Ukraynadakı vəziyyəti dərindən anlayır. Onun Ukraynada ailəsi və əlaqələri var. O, Rusiya işğalçılarının Ukraynada hansı faciələr və vəhşiliklər törətdiyi barədə informasiyaya malikdir”.

Xatırladaq ki, bundan öncə Ukraynanın Maliyyə naziri Sergey Marçenko zəruri xərcləri ödəmək üçün rəsmi Kiyevin ayda 5 milyard dollara ehtiyacının olduğunu bəyan etmişdi. Göründüyü kimi, BVF bu problemi həll etməkdədir.




Paylaş:


Müəllif : Tarix:
26-04-2022, 18:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər