reklam
Regionxeberlericom.az » Dünya » Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb

reklam

Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb


Xəzər dənizinin sahilində Qazaxıstanın Manqistau vilayətindəki Karajanbas yatağının suqəbuledici bəndinin ərazisində ölü suitilər aşkar edilib.

Bu barədə “İnterfax” xəbər verir.

Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq Komitəsi bildirib ki, sosial şəbəkələrdə aparılan monitorinqlər zamanı Xəzər dənizinin sahillərində suqəbuledici bəndin ərazisində 50-yə yaxın ölü suitinin tapıldığı barədə məlumat yayılıb.

Qeyd olunub ki, əraziyə dövlət müfəttişləri cəlb edilib və onlar tərəfindən müxtəlif yerlərdə, bir-birindən uzaqda yerləşən 22 ədəd ölü suiti aşkarlanıb. Onların ölüm səbəblərini müəyyən etmək üçün laboratoriya müayinəsi aparılacaq.

Xəzərdə suitilərin kütləvi ölümü əvvəlki illərdə də baş verib. Belə ki, 2000-ci ildə Xəzər dənizinin Qazaxıstanın məsuliyyət zonasında 12 mindən çox suiti tələf olub. Baş verən ekoloji fəlakətin versiyalarından birinə görə, Xəzərdəki buzlar çox sürətlə əriyib və havaya uyğunlaşmamış suitilər suya düşüb. Daha sonra zəif gənc heyvanlarda bakterioloji xəstəliklər, xüsusən də heyvanların kütləvi ölümünə səbəb ola bilən pasterellyoz inkişaf etməyə başlayıb.




Paylaş:


Müəllif : Tarix:
27-04-2022, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər