“Vaşinqton hər gün Rusiyanın nüvə güclərini izləyir” – Pentaqon
Pentaqonda bəyan ediblər ki, Rusiya tərəfin nüvə silahı tətbiqi barədə təhdidini real hesab etmirlər.
«Röyter» agentliyinin xəbər verdiyi kimi, idarənin nümayəndəsi danışıb ki, Vaşinqton hər gün Rusiyanın nüvə güclərini izləyir. Hələ ki, NATO ölkələri üçün nüvə təhdidi müşahidə olunmur.
Bu zaman agentliyin mənbəsi Rusiya televiziyalarını nüvə müharibəsi riskinə yönəlik döyüşkən ritorikanı gərginləşdirməkdə qınayıb. MKİ-nin başçısı Uilyam Berns öz növbəsində, xəbər verib ki, narahatlıq üçün əhəmiyyətli səbəb görmür, amma etiraf edib ki, Ukraynada taktiki nüvə silahının tətbiqi təhlükəsini sadəlövhlük kimi qəbul etmək olmaz.
Bundan əvvəl Fransa XİN nümayəndəsi Ann-Kler Lejandr da əmin olduğunu bldirib ki, nüvə silahı təhdidi barədə fikir söyləməyin heç bir əsası yoxdur.
Bu arada, Amerikanın Rusiyadakı səfiri Con Sallivan Rusiya XİN başçısı Sergey Lavrovun atom müharibəsi təhdidini «nüvə şantajı» adlandırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2022, 20:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər