reklam
Regionxeberlericom.az » Dünya » Rus kəşfiyyat təyyarəsi NATO-nun hava məkanını pozub

reklam

Rus kəşfiyyat təyyarəsi NATO-nun hava məkanını pozub

















Danimarka və İsveç Rusiyaya məxsus kəşfiyyat təyyarəsinin hər iki ölkənin hava məkanını pozduğunu bildirib.

Hər iki ölkə insidentlə bağlı Rusiya səfirlərini xarici işlər nazirliklərinə çağırıb.

Danimarka Müdafiə Komandanlığı təyyarənin kəşfiyyat təyyarəsi olduğunu və Danimarka hava məkanında "çox qısa bir an" qaldığını və Danimarka F-16 təyyarələrinin "dərhal müdaxilə etdiyini" söyləyib. O əlavə edib ki, belə hadisələr nadir hallarda baş verir.

Danimarkanın xarici işlər naziri Jeppe Kofod, pozuntunun "tamamilə qəbuledilməz olduğunu və mövcud vəziyyətdə xüsusilə narahatlıq yaratdığını" bildirib.

Danimarka NATO-nun üzvü olduğu halda, İsveç alyansa daxil olub-olmaması barədə müzakirələr aparır.

Bununla belə, İsveçin müdafiə naziri “Dagens Nyheter” qəzetinə bildirib ki, hadisənin bu müzakirələrlə bağlı olduğuna dair heç bir sübut yoxdur.




Paylaş:


Müəllif : Tarix:
2-05-2022, 10:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər