reklam
Regionxeberlericom.az » Dünya » Mayın 9-da Ai Rusiyaya növbəti sanksiyanı tətbiq edəcək - KİV

reklam

Mayın 9-da Ai Rusiyaya növbəti sanksiyanı tətbiq edəcək - KİV

















Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləməyə yaxındır.

Bu barədə "Azadlıq radiosu”nun müxbiri Rikard Jozviak məlumat yayıb. O bildirib ki, Avropa İttifaqı 9 May tarixində yeni məhdudiyyətlər elan etməyi planlaşdırır.

Qeyd olunur ki, məhdudiyyət Rusiya işğalının ilk günlərindən faktiki olaraq Ukraynaya qarşı müharibə aparan Belarusa da təsir edəcək.

Avropa mətbuatında gedən məlumatlara əsasən altıncı sanksiyalar paketinə mərhələli neft embarqosu daxil edilməlidir. Məhdudiyyət həmçinin Rusiya banklarına, xüsusən “Sberbank”a , eləcə də daha geniş rus fiziki şəxslərinə təsir edəcək.

Qeyd edək ki, ən sonuncusu, Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi aprelin 8-də qüvvəyə minib. Buraya 2022-ci ilin avqustundan Rusiya kömürünün alınmasına qadağa və Rusiya gəmilərinin Aİ limanlarına girişinə qadağa daxildir.




Paylaş:


Müəllif : Tarix:
2-05-2022, 23:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər