reklam
Regionxeberlericom.az » Dünya » Yaponiya Rusiya ilə müharibəyə HAZIRLAŞIR

reklam

Yaponiya Rusiya ilə müharibəyə HAZIRLAŞIR


Yaponiyanın Müdafiə Nazirliyi Rusiya Federasiyasının qoşunlarının Xokkaydo adasına hücumunu və ada uğrunda Rusiya ilə müharibəni istisna etmir.

Bunu yapon general Hiroki  Yamasita deyib.

Onun fikrincə, Rusiya artıq Yaponiyanı "dost olmayan ölkə" elan edib və Moskvanın bundan sonra nə edəcəyi bəlli deyil. Rusiya qoşunları Xokkaydoya soxularsa cəhbə xətti Yaponiyanın sözügedən şimal prefekturasında böyüklüyünə görə ikinci şəhər olan Asahikavadan keçə bilər.

"Rusiyanın Xokkaydo adasına qoşun çıxarması elə bir fövqəladə vəziyyətdir ki, ona indidən hazırlaşmalıyıq. Belə hücum ssenarisinin mərkəzində ABŞ ilə Rusiya arasındakı kəskin qarşıdurma durur. Qarşıdurmanın gərginliyi bundan sonra da artarsa Xokkaydonun şimal-şərqindəki Oxot dənizinin akvatoriyası ən mühüm hərbi əməliyyatlar məkanına çevriləcək", - general H.Yamasita deyib.

Onun fikrincə, məhz həmin akvatoriyaya atom zərbə sualtı qayıqlarını yeritməklə Moskva Vaşinqton üçün real təhlükə yarada bilər.

Tokiodakı Hərbi və İnformasiya Strategiyaları Tədqiqatları İnstitutunun direktoru Kinyiti Nisimura isə bildirib ki, Rusiya Yaponiyaya qarşı müharibəyə başlayarsa Rusiya Hərbi-Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının gəmiləri Laperuz boğazı vasitəsilə gizli şəkildə Saxalin ətrafına yığışacaqlar.

Asahikava şəhərində Yaponiya Özünümüdafiə Qüvvələrinin (Yaponiyanın Silahlı Qüvvələri, - red.) quru qoşunlarının 2-ci diviziyasının qərargahı yerləşir. 8 min nəfərlik diviziya Yaponiyada ən müasir silahlar və texnika ilə təchiz edilmiş hərbi hissədir.

Hələ "soyuq müharibə" illərindən Yaponiya ordusunun Birləşmiş Qərargahı Rusiyanın Xokkaydo adasına mümkün hücumunun ssenarilərinə cavab tədbirləri hazırlayıb.

Həmin ssenarilərə görə, rusiyalılar Xokkaydo adasına desantı Vakkanay, Hamatombesu və Tesio şəhərlərinə çıxaracaqlar.

Hazırda Rusiyanın Uzaq Şərq bölgəsində 80 min hərbçisi var. Bundan başqa, Rusiyanın bölgədə 8 böyük desant gəmisi, habelə Şimal Donanmasının 8 desant gəmisi var.

Bu qruplaşma eyni vaxtda 10 min hərbçi və 400 tank daşıya bilər.

Xokkaydo adasında isə Yaponiyanın təqribən 30 min hərbçisi var. Rusiyanın hücumu olarsa, əsas qüvvələrin Otoyneppu şəhərinin yaxınlığındakı dağ aşırımına və Asahikava həhərinə yığılacağı təxminlənir.

Rusiyanın hücum zamanı ilk əvvəl Obihiro şəhərinə və Yaponiya Hərbi-Hava Qüvvələrinin aviabasının, habelə quru qoşunlarının 5-ci diviziyasının yerləşdiyi Nemuroya tərəf də hərəkət edəcəyi istisna olunmur.




Paylaş:


Müəllif : Tarix:
5-05-2022, 10:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər