Ukrayna iki istiqamətdə əks hücuma keçib
“Biz ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə müntəzəm əlaqə saxlayırıq”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı sosial şəbəkə hesabında yazıb.
“Ənənəvi olaraq mən amerikalı həmkarıma əməliyyat vəziyyəti haqqında məlumat verdim. Xüsusilə, düşmənin əsas səylərinin Luqansk istiqamətində olması, Popasna, Kreminna, Torske ətraflarında şiddətli döyüşlərin getməsi və eləcə də Xarkov və İzyum istiqamətlərində əks-hücumlara keçmək barədə məlumat verdim”, - Zalujnı bildirib.
General həmçinin qeyd edib ki, mayın 3-də Xəzər dənizindən TU-160 strateji bombardmançı təyyarələrdən atılan 14 qanadlı raketdən istifadə edilib:
“Ötən gecədən etibarən ərazimizə 8 qanadlı raket buraxılışı qeydə alınıb. Buna görə də Ukraynanın M142 HIMARS və M270 MLRS kimi çoxsaylı buraxılış raket sistemləri ilə təmin edilməsi məsələsi həlledicidir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2022, 15:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər