reklam
Regionxeberlericom.az » Dünya » G-7 ölkələri Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürüb

reklam

G-7 ölkələri Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürüb
















G7 ("Böyük Yeddilik") ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.

Bu barədə “Report” Ağ Evin saytında dərc edilmiş bəyanata istinadən xəbər verir.

“Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü”, - bəyanatda vurğulanır.

Qeyd edilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır. G7-yə üzv ölkələr qeyd edib ki, “təmiz enerji” yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına uyğundur.

G7 ölkələrinin liderləri həmçinin Ukraynada Rusiyanın qələbəsinin qarşısını almaq niyyətlərini açıqlayıblar. "Böyük Yeddilik" və Ukrayna belə çətin anda və bu ölkənin demokratik, firavan gələcəyini təmin etmək istəyi ilə birləşib. Biz Prezident (Vladimir) Putinin Ukraynaya qarşı müharibədə qalib gəlməsinin qarşısını almaq əzmi ilə birləşmişik", - bəyanatda deyilir.





Paylaş:


Müəllif : Tarix:
8-05-2022, 21:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər