Bayden yenə öz vəzifəsi ilə Kamalanınkını qarışdırdı - Video
ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhvən ölkənin vitse-prezidenti Kamala Harrisi Prezident adlandırıb.
Bayden ABŞ - Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammitində çıxışı zamanı bu səhvə yol verib.
“Hind-Sakit okeanı regionu azad və açıq, sabit və çiçəklənən, davamlı və təhlükəsiz olan regiondur. Biz hamımız buna səy göstəririk. Məhz buna görə Prezident Harrisdən ötən ilin avqustunda bu regiona səfər etməsini istədim”, - deyə Bayden söyləyib.
Həmçinin oxuyun: Bayden yenə o hərəkəti etdi - Video
Xatırladaq ki, Bayden bundan əvvəl də, artıq bir neçə dəfə çıxışı zamanı Kamala Harrisi vitse-prezident deyil, Prezident adlandırıb.
Bundan əlavə, 80 yaşlı Prezident son aylarda bir neçə dəfə qeyri-adekvat hərəkətləri ilə medianın gündəminə düşüb. Belə ki, Bayden iki dəfə ətrafında heç kim olmadığı halda əlini uzadaraq salam vermək istəyib, dəfələrlə xalqların adını səhv salıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2022, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər