reklam
Regionxeberlericom.az » Dünya » “LUKAŞENKO MÜHARİBƏDƏ İŞTİRAKDAN QAÇIR” - Britaniya kəşfiyyatı

reklam

“LUKAŞENKO MÜHARİBƏDƏ İŞTİRAKDAN QAÇIR” - Britaniya kəşfiyyatı








“Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibədə birbaşa iştirakdan qaçmağa çalışır”.

Xarici KİV-lərdə Böyük Britaniya kəşfiyyatının gündəlik hesabatlarına istinadla yayılan məlumatda Lukaşenkonun savaşdan yayınmaq istəyinin bir neçə səbəblə bağlı olduğu qeyd edilir: “Belarus Prezidenti Lukaşenko Rusiya müdaxiləsinə dəstəklə, savaşda birbaşa iştirakdan yayınmağı balanslaşdırmağa çalışir. Bu, Qərb sanksiyaları, ukraynalıların qisası və Belarus ordusunun mümkün narazılığı risklərilə bağlıdır”.

Hesabatda deyilir ki, daha öncə irəli sürülən ehtimalların əksinə olaraq, Belarus ordusu indiyə kimi Ukraynaya qarşı savaşda iştirak etməyib. Həmçinin, may ayında Ukrayna sərhədlərinə yaxın bölgədə hərbi təlimlər keçirməsinə baxmayaraq, Belarus ordusunun bundan sonra da qonşu dövlətə qarşı istifadəsi gözlənilmir.




Paylaş:


Müəllif : Tarix:
16-05-2022, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər