reklam
Regionxeberlericom.az » Dünya » “Artıq Rusiyanın dəniz desantı çıxartmaq üçün gəmisi yoxdur” – Ekspert

reklam

“Artıq Rusiyanın dəniz desantı çıxartmaq üçün gəmisi yoxdur” – Ekspert















Ukrayna demək olar, Rusiyanın dəniz desantı çıxartmaq imkanını heçə endirib: Rusiyanın kifayət qədər gəmisi yoxdur.

Bu fikri ukraynalı hərbi ekspert, polkovnik Sergey Qrabski “RBK-Ukrayna”ya müsahibəsində səsləndirib.

Qrabskinin fikrincə, Rusiyanın, necə deyərlər, Dnestryanıda dəniz və ya hava desantı çıxartmaq riski yalnız o halda yarana bilər ki, rusiyalılar Nikolayevdən yarıb keçərək, Odessaya yaxınlaşsınlar.

«Desant tullamaq üzrə dəniz əməliyyatı üçün rusiyalıların artıq donanması yoxdur. Hava əməliyyatı isə belə məsafədə - mənasız işdir. Havaya hansı gücləri və vasitələri qaldırmaq lazımdır ki, belə əməliyyatı həyata keçirəsən?! Üstəlik də desant mühasirə şəraitində 72 saat ərzində fəaliyyət göstərə bilər. Bundan sonra quru qoşunları onlara çatmalıdır» - ekspert bildirib.

«Biz, artıq Rusiyanın dəniz desantı çıxatmaq imkanını fiziki baxımdan heçə endirmişik - onların sadəcə, kifayət qədər gəmisi yoxdur. Hava desantı isə böyük riskdir, çünki onlar bu qədər hava gəmisinə malik deyillər ki, desantın fasiləsiz tullanmasını təmin etsinlər. Onlar havadan 2-3 təyyarə tullaya bilərlər, bir batalyondan artıq yox", - ekspert əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
17-05-2022, 08:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər