reklam
Regionxeberlericom.az » Dünya » Şanxayda “sıfır COVID” hədəfinə nail olundu

reklam

Şanxayda “sıfır COVID” hədəfinə nail olundu


Çində “Omikron” variantının yaratdığı COVID-19 epidemiyasının nəzarət altına alınmağa çalışıldığı Şanxaydakı karantin zonaları istisna olmaqla, “sıfır yayılma” məqsədinə nail olunub.

Şanxay Səhiyyə Komissiyasının sədr müavini Cao Dandan karantinə alınan və epidemiyadan qorunma tədbirlərinin həyata keçirildiyi ərazilər istisna olmaqla, şəhərin 16 rayonunun hamısında icmadaxili yayılmanın dayandırıldığını bildirib.

“Sosial sıfır COVID” olaraq da adlandırılan hədəf mart ayının ortalarında ortaya çıxan epidemiya səbəbilə uzun müddətdir karantin tədbirlərinin həyata keçirildiyi şəhər üçün dönüş nöqtəsi olaraq görülür.

Əhalisi 26 milyondan çox olan şəhərdə son 24 saat ərzində xəstəlik əlaməti olan 77 nəfər, simptomsuz 746 yoluxma halı aşkar edilib, bir nəfər ölüb.

Son iki gündə şəhərdə gündəlik yoluxma sayı 1000-dən aşağı düşüb.

Martın 15-dən etibarən ticarət mərkəzləri, supermarketlər, restoranlar, bərbərxanalar və digər müəssisələr son 14 gündə yeni halların qeydə alınmadığı ərazilərdə yenidən açılıb.

Şəhər rəhbərliyi mayın 20-də karantin zonaları xaricində “sıfır hal” hədəfinə çatmağı hədəflədiyini açıqlamışdı.

Hakimiyyət iyunun əvvəlində isə bütün məhdudiyyətləri aradan qaldıraraq “normal vəziyyətə qayıtmağı” hədəfləyir. 

Mənbə: TRT Haber




Paylaş:


Müəllif : Tarix:
17-05-2022, 17:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər