İqor Dodona cinayət işi açıldı
Moldovanın sabiq Prezidenti İqor Dodona qarşı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat katibi Mariana Kerpek bildirib.
O, korrupsiyada şübhəli bilinir.
Cinayət işinə əsas kimi İqor Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plahotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videoyazıları dayanıb. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntülərdən görünür ki, Plahotnyuk Dodona “çanta” adlandırdıqları iri qara paketi verir. Söhbətdən aydın olur ki, “çanta”da o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.
Qeyd edək ki, sözügedən videogörüntülər 2020-ci ildə millət vəkili İurie Renita tərəfindən dərc edilib. 2020-ci ilin iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu “yoxlama zamanı cinayət tərkibinin aşkar edilmədiyini” qeyd edərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.
Bir gün əvvəl Kişinyov Apellyasiya Məhkəməsi (CA) 2019-cu ildə Dodona qarşı cinayət işinin başlanmasını rədd edən Kişinyov məhkəməsinin qərarını, habelə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəis müavininin bu məsələ ilə bağlı verdiyi sərəncamı ləğv edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-05-2022, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər