reklam
Regionxeberlericom.az » Dünya » "Ukraynadakı uğursuzluqlara görə Rusiyanın generalı və vitse-admiralı işdən çıxarılıb" - Britaniya kəşfiyyatı

reklam

"Ukraynadakı uğursuzluqlara görə Rusiyanın generalı və vitse-admiralı işdən çıxarılıb" - Britaniya kəşfiyyatı
















“Son həftələrdə Rusiya Ukraynaya təcavüzünün ilk mərhələlərində zəif fəaliyyət göstərdiyi hesab edilən yüksəkrütbəli komandirləri işdən çıxarıb”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Elit 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun da aprel ayında “Moskva” kreyserinin batmasından sonra işdən çıxarılıb.

Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov, çox güman ki, vəzifəsində qalacaq, lakin onun Prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı bəlli deyil.

Ehtimal ki, Rusiya hərbi və təhlükəsizlik sistemində səhvləri ört-basdır etmək və günah keçisi axtarmaq mədəniyyəti bərqərardır”, - məlumatda qeyd olunub.

Britaniya kəşfiyyatının informasiyasına əsasən, Ukraynanın işğalında iştirak edən bir çox rəsmi Rusiyanın əməliyyat uğursuzluqlarına görə şəxsi təqsirindən qaçmağa çalışacaq: “Bu, çox güman ki, Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət modelini daha da gərginləşdirəcək, çünki zabitlər getdikcə daha çox əsas qərarları öz rəhbərlərinin qəbul etməsinə çalışırlar. Bu şərtlər daxilində Rusiyanın təşəbbüsü geri qaytarması çətin olacaq”.




Paylaş:


Müəllif : Tarix:
19-05-2022, 10:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər