reklam
Regionxeberlericom.az » Dünya » Qətərin Parisdəki səfirliyində QƏTL

reklam

Qətərin Parisdəki səfirliyində QƏTL


Qətərin Paris səfirliyinə daxil olmaq istəyən şəxs ona mane olmağa çalışan mühafizəçini öldürüb. Beynəlxalq agentliklərdə yayılan son xəbərlərə görə, hadisə Fransanın paytaxtında səhər saatlarında baş verib. Paris prokurorluğu Qətərin Parisdəki səfirliyində mühafizəçinin öldürüldüyünü açıqlayıb.

Prokurorluq şübhəli şəxs barəsində “qəsdən adam öldürmə” maddəsi ilə araşdırma başlasa da, hələlik Terrorla Mübarizə Prokurorluğunun məsələyə müdaxilə etmədiyi bildirilir.

Qətər səfirliyində çalışan rəsmilər də məsələ ilə bağlı açıqlama verməyiblər.

Digər tərəfdən, bəzi mənbələr şübhəli şəxsin səfirliyə girməyə nail olduğunu və qətl hadisəsinin də məhz içəridə baş verdiyini bildiriblər.

Mənbə: Haber Global




Paylaş:


Müəllif : Tarix:
23-05-2022, 16:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər