reklam
Regionxeberlericom.az » Dünya » ÜST meymunçiçəyinə görə səyahət qadağası tövsiyə etmir

reklam

ÜST meymunçiçəyinə görə səyahət qadağası tövsiyə etmir
















“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) endemik ölkələrdən kənarda meymunçiçəyi epidemiyası səbəbindən ölkələrə səyahət məhdudiyyətləri qoymağı tövsiyə etmir”.

Bu barədə ÜST-nin eksperti Silvie Brayand üzv ölkələr üçün keçirilən brifinqdə danışıb.

O bildirib ki, meymunçiçəyi ictimaiyyəti narahat etməli olan xəstəlik deyil və COVID-19 ilə eyni tutulmamalıdır.

“Biz heç bir səyahət qadağası və ya məhdudiyyəti tövsiyə etmirik”, - Brayand qeyd edib. 

Ekspertin sözlərinə görə, bununla belə üzv ölkələr yoluxmuş şəxslərin qeydiyyatını aparmalı və yoluxanların təcrid olunmasına diqqət yetirməlidirlər. ÜST ekspertləri əksər hallarda xəstəliyin yüngül formada keçdiyi qənaətindədirlər. Hamilə qadınlar, uşaqlar və zəif immunitetə malik şəxslərdə isə xəstəliyin ağır keçmə ehtimalı yüksəkdir.

S.Brayand qeyd edib ki, yoluxma hallarının qarşısının alına bilməsi üçün əlverişli vaxt pəncərəsi mövcuddur. Lakin meymunçiçəyinə qarşı da təsir gücünə malik olan çiçəyə qarşı peyvəndlərin kütləvi vaksinasiya üçün həcmi müəyyən edilməlidir.

ÜST bu virusa yoluxma hallarının yaxın dövrdə artacağını hesab edir və indiyədək 20-dən artıq ölkədə meymunçiçəyinə yoluxma halları təsdiqlənib.


 




Paylaş:


Müəllif : Tarix:
27-05-2022, 22:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər