Putinin ən yaxşı komandiri Ukraynada öldürüldü
Son dəqiqə xəbərinə görə, Rusiya ordusu Donbasın Severodonetsk şəhərinə hücum edir və havalar isindikcə cəbhə xəttindən gələn meyit iyi yüzlərlə metrlərə yayılır.
Ukrayna ordusu 34 yaşlı desant polkovnik-leytenantını öldürüb.
Ukraynanın şərqindəki Donbasda Luqansk və Donetski ələ keçirməyi hədəfləyən Rusiya ordusu əsas şəhər Severodonetskin kənarlarına qədər irəliləyib.
Luqansk qubernatoru Sergey Hayday vəziyyəti "çox çətin" adlandırıb və şiddətli toqquşmaların davam etdiyini bildirib. Rusiya artilleriyasının açdığı atəş nəticəsində 2 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.
Güllələnənlərin bağda yemək hazırladığı və qəfil başlayan hücumun hədəfinə çevrildiyi bildirilir. Qubernator Haydey deyib ki, Rusiya ordusu bütün silahları ilə hücuma keçərək hava zərbələri endirib.
ABŞ başda olmaqla Qərb ölkələrinin silah yağdırdığı Ukrayna yeni uzaqmənzilli silahların Donbasdakı müharibənin taleyini həll edəcəyini vurğulayır. Kiyev administrasiyası son günlər ABŞ və digər müttəfiqlərindən uzaqmənzilli silahlara tələbatını artırıb.
Rusiya ordusunun Ukraynada böyük itki verdiyi məlumdur. Ukrayna 30 mindən çox rus əsgərinin öldürüldüyünü, 1300-dən çox rus tankının məhv edildiyini bildirir.
Ukrayna tərəfindən vurulan Rusiya generallarının sayı 10-u keçdiyi halda, Putinin ən yaxşı paraşütçü komandiri öldürülənlər siyahısına əlavə edilib. 34 yaşlı polkovnik-leytenant Aleksandr Fileqayev Rusiyanın ən yaxşı paraşütçü komandiri kimi göstərilirdi.
Qızıl Meydandakı yürüşlərdə iştirak edən və çoxlu medallara sahib olan Fileqayev 104-cü paraşüt alayının komandiri idi. Sözügedən alay rusların yüzlərlə dinc sakini qətlə yetirdiyi Buçada yerləşirdi.
Rusiya ordusunun daha bir itkisi polkovnik Vladimir İvanov olub. Məlum olub ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar bölməsində xidmət edən 41 yaşlı polkovnik İvanov mart ayında Ukraynada öldürülüb.
Yalnız may ayının sonunda cənazəsi dəfn edilən polkovnik rus təbliğatçısı kimi tanınırdı. Dəfn mərasimində onun yoldaşları polkovnik İvanovun plakatını daşıyıblar.
Polkovnik İvanovun ölümünün təsdiqlənməsi ilə Rusiya Ukraynada qırx səkkizinci polkovnikini itirmiş olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2022, 16:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər