Fransa diplomatları tarixdə ikinci dəfə tətil edirlər
Fransa diplomatları XİN-i də təsir altına alacaq və 2023-cü ilə qədər keçirilməli olan dövlət qulluğu islahatlarına cavab olaraq cümə axşamı tarixdə ikinci dəfə tətil ediblər.
Bu barədə “Euractiv” xəbər verib.
Fransa hökuməti Fransa ali dövlət qulluğunun bütün “korpusu”nun yeni vahid “dövlət inzibatçıları korpusu”na qoşulmasını tələb edən fərman verib və onların hər biri ilə əlaqəli ixtisasları – prefektlər, müfəttişlər və diplomatları ləğv edib.
Yeni fərmana əsasən, diplomat olmaq istəyənlər birbaşa Xarici İşlər Nazirliyində işləməyəcək və altı il ərzində müxtəlif “sahə missiyaları”nı yerinə yetirməli olacaqlar.
İslahatlar həm də Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin xüsusi statusunun ləğvinə gətirib çıxaracaq.
“Le Monde” qəzetində dərc olunan məqalədə 500 diplomat “karyeranın məhvi, təcrübə itkisi və peşə böhranı” risklərindən şikayətlənib.
O vaxtdan etibarən diplomatik sektorda çalışan bir çox digər rəsmilər, o cümlədən bəzi hazırkı səfirlər də tətilə qoşulub, bəziləri isə sosial şəbəkələrdə bununla bağlı tənqidi paylaşımlar ediblər.
Bu, Xarici İşlər Nazirliyinin tarixində ikinci tətildir.
Mənbə: Yevropeyskaya pravda
Paylaş:
Müəllif : Yazar
Tarix:2-06-2022, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər