Zelenski Rusiyanın nəzarətinə keçən ərazilərin sayını açıqladı
“Genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya Federasiyası Ukraynada 3000-dən çox yaşayış məntəqəsini işğal edib. Döyüşçülərimiz artıq mindən bir qədər çoxunu azad ediblər”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq xalqına və siyasətçilərinə müraciəti zamanı bildirib.
Zelenskinin deyib ki, tammiqyaslı işğal başlayandan Rusiya 3620 yaşayış məntəqəsinə daxil olub, Ukrayna əsgərləri artıq 1017 yaşayış məntəqəsini azad edib.
Prezidentin sözlərinə görə, bu gün Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir ki, bu da demək olar ki, 125 min kvadratkilometr təşkil edir. Bu, Belçika, Hollandiya və Lüksemburqun ərazilərinin birləşməsindən çoxdur:
“Təxminən 300 min kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirklənib. Demək olar ki, 12 milyon insan məcburi köçkünə çevrilib, 5 milyondan çox insan xaricə gedib”, - Prezident əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2022, 15:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər