reklam
Regionxeberlericom.az » Dünya » Ərdoğanın xəbərdarlığı Əsədi hərəkətə keçirdi - Tank və əsgər göndərir…

reklam

Ərdoğanın xəbərdarlığı Əsədi hərəkətə keçirdi - Tank və əsgər göndərir…

















Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Suriyada hərbi əməliyyatın başlaya biləcəyinə işarə edən açıqlama verib. Ərdoğan dünənki açıqlamasında isə "Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq səylərimizin yeni mərhələsinə qədəm qoyuruq" deyib və əməliyyatın hər an başlaya biləcəyini bildirib.

“Middle East Monitor” Suriya rəhbərliyinin Türkiyənin mümkün əməliyyatına qarşı hərəkətə keçdiyini yazıb.

Bildirilib ki, Suriya Prezidenti Bəşər Əsəd in göstərişi ilə hökumət Tel Rıfat və Hələb şəhərinin şimalına əsgərlər yerləşdirib.

Yerli mənbələr terror təşkilatı YPG-yə (Xalq Qoruma Dəstələri) bağlı Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərə 4 hərbi birləşmənin daxil olduğunu açıqlayıb. Suriya televiziyası həmçinin hökumətin nəzarətində olan ərazilərdə və Minniq Hava Bazasının ətrafında yerləşdirilən Suriya ordusunun ağır silahlar və tanklarla təchiz olunduğunu bildirib.

Qeyd edək ki, əsasən Türkiyədə fəaliyyət göstərən terror təşkilatı PKK-nın (Kürd Fəhlə Partiyası) Suriyadakı birləşməsi hesab olunan YPG-yə dəstək verən ABŞ əməliyyatla bağlı açıqlama yayıb. Dünən NATO-nun baş katibi Yens Stoltenberqlə görüşən ABŞ dövlət katibi Antoni Blinken “Suriyanın şimalında gərginliyi artıracaq addıma qarşı çıxacağıq” deyib.




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 11:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər