Paşinyanın A.Mirzoyan vasitəsilə Kremlə gizli sövdələşmə təklifi haqda məlumat yayıldı… - İLGİNC

Ermənistandakı daxili vəziyyətdən çox narahat olan baş nazir Nikol Paşinyan bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal bir “sövdələşmə” təklif edib. regionxeberlericom.az moderator.az-a istinadla xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.
Qəzetin yazdığına görə, təklifin mahiyyəti ondan ibarətdir ki, iyunun 10-da İrəvana gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə hazırkı iqtidarı dəstəkləyərsə və müxalifəti müəyyən “doza” ilə tənqid edərsə, Paşinyan amerikalıları “atmış” olacaq və “bioloji laboratoriyalar”ın qapılarını tamamilə rusların üzünə açacaq.
“Hökumətdəki mənbəmiz deyir ki, dünənə qədər Rusiyadan yekun cavab yoxdur. Lakin Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, o, əks istoqamətdə işləməlidir. Yəni əvvəlcə “laboratoriyalar”, sonra “tənqidlər”. Demək olar ki, məşhur bir filmdəki kimi, “səhər pul, axşam stul”…”- erməni nəşri belə yazır.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2022, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB