reklam
Regionxeberlericom.az » Dünya » Böyük Britaniya Ukraynaya müasir raket sistemləri verir – Boris Conson “biz dayana bilmərik” dedi

reklam

Böyük Britaniya Ukraynaya müasir raket sistemləri verir – Boris Conson “biz dayana bilmərik” dedi















“Rusiya uzaqmənzilli artilleriyası ilə Ukrayna şəhərlərini alt-üst edib günahsız sivil insanları qətlə yetirərkən biz dayana bilmərik”. 

Bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson “Facebook” səhifəsində yazıb.

“Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrinə çoxşaxəli raket sistemləri hədiyyə edəcək ki, onlar davam edən Rusiya təcavüzünü effektiv şəkildə dəf edə bilsinlər”,-nazir qeyd edib.

B.Consonun paylaşdığı linkdə isə Britaniyanın Ukraynaya hansı silahlar veriləcəyi barədə informasiya yerləşdirilib. Qeyd olunur ki, 80 km-ə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilən qabaqcıl M270 silah sistemi Ukrayna qüvvələrinin qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. 

Böyük Britaniyanın qərarı ABŞ-ın Ukraynaya MLRS-in Yüksək Hərəkətli Artilleriya Raket Sistemi (HIMARS) variantını hədiyyə etmək qərarı ilə yaxından əlaqələndirilib. Bu silah sistemi ilə yanaşı, Böyük Britaniya M31A1 sursatlarının da böyük miqyasda tədarükünü həyata keçirəcək edəcək.

Müdafiə naziri Ben Uolles deyib: “Böyük Britaniya bu mübarizədə Ukraynanın yanındadır və onun qəhrəman ordusunun ölkəsini işğaldan qorumaq üçün lazım olan həyati silahlarla təmin etməkdə aparıcı rol oynayır. Beynəlxalq ictimaiyyət dəstəyini davam etdirsə, Ukraynanın qalib gələ biləcəyinə inanıram. Rusiyanın taktikası dəyişdikcə, Ukraynaya dəstəyimiz də dəyişməlidir. Bu yüksək qabiliyyətli çoxşaxəli raket sistemləri ukraynalı dostlarımıza Putin qüvvələrinin şəhərləri məhv etmək üçün istifadə etdiyi uzaqmənzilli artilleriyadan daha yaxşı qorunmağa imkan verəcək. Ukrayna əsgərləri sistemlərin effektivliyini maksimum dərəcədə artıra bilmələri üçün Böyük təlim keçəcəklər”.




Paylaş:


Müəllif : Tarix:
6-06-2022, 15:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər