İran etirazlarla çalxalanır – Bu dəfə onlarla şəhərdə pensiyaçılar küçələrə çıxdı
İyunun 7-dən başlayaraq İranda hökumət qulluğunda çalışmış pensiyaçıların etirazları başlayıb.
“Azadlıq” radiosu xəbər verir ki, hazırda onlarla şəhərdə narazılar küçələrdə aksiya keçirir. Onlar ölkədə kəskin bahalaşmaya etiraz edir və pensiyaların artırılmasını istəyirlər.
Məşhəd, Şüstər, Elam, Yəzd, Qəzvin, Kərəc, Bəndər Abbas, Kirmanşah, Abadan və İsfahan da daxil 16 şəhərdən alınmış şahid məlumatlarında etirazların genişləndiyi bildirilir.
Xəbər verilir ki, İsfahanda pensiyaçılar Sosial Təminat İdarəsinin binası qarşısında boş süfrə açaraq rəmzi olaraq süfrələrinin boş olduğunu göstərmək istəyiblər. Etirazçılar habelə əmək nazirinə qarşı şüarlar səsləndirərək onu səriştəsizlikdə ittiham ediblər. Bu da xəbər verilir ki, İsfahanda polis etirazçıların “Rəisiyə ölüm!” kimi şüarları səsləndirməsinin qarşısını almağa çalışırdı.
İllərdir ABŞ sanksiyaları altında olan İranda, pandemiyadan sonra iqtisadi vəziyyət daha da pisləşib. İranda işsizlərin sayı 2 milyon nəfəri keçib, inflyasiya 45 faizdən yuxarı qalxıb.
Son aylarda İranda ən müxtəlif səbəblərlə bağlı etiraz aksiyaları keçirilir. Adamlar havanın çirklənməsindən, içməli su qıtlığından, bahalaşmadan narazılıq edirlər.
Bugünlərdə isə Abadanda yaşayış binasının çökməsi və çox sayda insanın həlak olması geniş etiraz dalğası yaradıb. Adamlar binanın uçmasına səbəbin keyfiyyətis tikinti və deməli korrupsiyanın olduğunu deyirlər.
Sosial gərginliyin artmasının qarşısını almaq üçün Əmək Nazirliyi iyunun 5-də pensiyaların 55 faiz artırılacağını elan edib. Bu, pensiyaları ayda 55.8 milyon riala (177 dollar) çatdıracaq. Lakin etirazçılar bu artımın bahalıqla müqayisədə yetərli olmadığını deyirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-06-2022, 14:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər