reklam
Regionxeberlericom.az » Dünya » Kremldən Lavrov-Çavuşoğlu açıqlaması - Razılaşma yoxdur

reklam

Kremldən Lavrov-Çavuşoğlu açıqlaması - Razılaşma yoxdur


Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyə səfəri zamanı Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracatı mövzusunda razılaşma əldə edilməyib.


regionxeberlericom.az teleqraf.com-a istinadla bildirir ki, xarici işlər naziri Lavrovun Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələrindən sonra Kremldən açıqlama verilib.


Lavrovun görüşündən sonra Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.


“Türkiyə ilə Ukrayna arasında Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracına dair heç bir razılaşma yoxdur”, - Peskov bildirib.


Xatırladaq ki, fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi üçün taxıl böhranı beynəlxalq ictimai rəyin gündəmindədir.


Müharibənin başlaması ilə taxıl daşınması dalana dirənib və Lavrovla həmkarı Mövlud Çavuşoğlu arasında bu mövzuda danışıqlar aparılıb.


Ankara son vaxtlar Rusiya və Ukrayna arasında razılaşma əldə etməyə çalışsa da, hələlik tərəflər arasında razılıq əldə olunmayıb.




Paylaş:


Müəllif : Tarix:
9-06-2022, 16:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər