reklam
Regionxeberlericom.az » Dünya » Kolumbiyada prezidentliyə namizəd ölümlə təhdid edilir

reklam

Kolumbiyada prezidentliyə namizəd ölümlə təhdid edilir


Kolumbiyada 19 iyunda keçiriləcək prezident seçkilərinin ikinci mərhələsindən əvvəl prezidentliyə namizədlərdən olan Rodolfo Ernandes ölüm təhdidləri aldığını və bu səbəbdən seçimlərə qədər xalqın qarşısına çıxmayacağını bildirib.

O, bu barədə Mayamidə hotellərin birində təşkil olunan mətbuat konfransında açıqlama verib.

Ernandes izdiham arasından kiminsə onu bıçaqlamaq istəyəcəyi halda bunun qarşısının alınmasının çətin olduğunu qeyd edib.

“Güllə ilə deyil, amma bıçaqla ola bilər. Ölməyəcəm, bəlkə, amma əlil arabasına məhkum ola bilərəm”, - deyə o vurğulayıb.

Ernandes cinayətkar dəstələr və təşkilatların onun həyatı ilə bağlı planlar qurduğunu iddia edib.

“Niyyətim diqqəti başqa yönə çəkmək deyil, ölüm riski səbəbilə planlaşdırılan bütün tədbirlərimi ləğv edirəm. Kolumbiyalıların məni anlamalarını istərdim, bu addımı atmağa məcburam. Bununla bağlı mənə məlumatlar daxil olub və seçkilərdə də təhlükəsizliyin qorunmasını istəyirik”, - deyə o bildirib.

Prezident seçiləcəyi təqdirdə ABŞ-la münasibətlərə də toxunan Ernandes bu yöndə münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Kolumbiyada ilkin mərhələsi 29 mayda keçirilən prezident seçkilərinin yekun nəticələri 19 iyun tarixində müəyyən olunacaq. Həmin gün təşkil olunacaq ikinci seçim mərhələsində ən yüksək səs toplamış namizəd prezidentlik vəzifəsini 7 avqust tarixində təhvil alacaq.

Mənbə: Sondakika




Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 16:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər