reklam
Regionxeberlericom.az » Dünya » Kənd müəllimi Ukraynaya kömək üçün fantastik məbləğ topladı

reklam

Kənd müəllimi Ukraynaya kömək üçün fantastik məbləğ topladı


Gürcüstanda kənd müəllimi Ukraynaya yardım üçün külli miqdarda pul toplayıb.

2019-cu ildə nüfuzlu "Qlobal Müəllim Mükafatı"nın (Global Teacher Prize) finalçısı olmuş Çibatinin Quryan kəndindən olan Lado Apxazava mərhum anasının xatirə üzüyünü və mükafat aldığı sikkəni satıb.

O, əldə olunan 2,5 min lari vəsaiti Ukraynadakı məktəblilərə və müəllimlərə kömək etmək üçün köçürüb.

regionxeberlericom.az oxu.az-a istinadən xəbər verir ki, müəllimin təşəbbüsü qlobal kampaniyaya çevrilib. Onun sosial mesajı dünyanın 39 ölkəsində paylaşılıb və həmkarları ondan nümunə götürmək qərarına gəliblər. Ukraynaya kömək üçün yığılan vəsait 700 min dollara çatıb.

Üzüyün və sikkənin onların yeni sahibi, tanınmış gürcü hüquqşünası Zviad Kordzadze sahibinə geri qaytarıb. Vəsaitlər ukraynalı qaçqınları təmin edən Polşa təşkilatına köçürülüb.




Paylaş:


Müəllif : Tarix:
11-06-2022, 10:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər