reklam
Regionxeberlericom.az » Dünya » İsrail öz vətəndaşlarını Türkiyəni tərk etməyə çağırdı

reklam

İsrail öz vətəndaşlarını Türkiyəni tərk etməyə çağırdı


İsrail öz vətəndaşlarını həyati zərurət olmadığı təqdirdə Türkiyəyə səfər etməkdən çəkinməyə çağırıb.


Bu barədə məlumatı İsrailin xarici işlər naziri Yair Lapid açıqlayıb.


“Son həftələrdə Türkiyədə baş verən hadisələrdən və israillilərə qarşı İran tərəfindən təşkil edilən terrora cəhdlərdən sonra vətəndaşlarımızı İstanbula, ümumilikdə Türkiyəyə səfər etməməyə çağırırıq. Əgər artıq İstanbuldasınızsa, mümkün olan tez bir zamanda İsrailə geri dönün”, - deyə Lapid qeyd edib.


Onun sözlərinə görə, tətilə yollanan İsrail vətəndaşlarına qarşı terror hücumları hazırlanıb.


Lapid, həmçinin Türkiyə hökumətinə İsrail vətəndaşlarının həyatını müdafiə etmək üçün göstərdikləri səylərə görə minnətdarlığını bildirib.




Paylaş:


Müəllif : Tarix:
13-06-2022, 17:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər